Renat Dadaşovun baş məşqçisi hamını qabaqladı

Renat Dadaşovun baş məşqçisi hamını qabaqladı

İngiltərə Premyer Liqasında iyun ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, mükafata Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"a rəhbərlik edən Nunu Eşpirutu Santu layiq görülüb.
Portuqaliyalı mütəxəssis səsvermədə Stiv Brüs ("Nyukasl Yunayted"), Ule-Qunnar Sulşer ("Mançester Yunayted") və Frenk Lempardı ("Çelsi") qabaqlamağı bacarıb.
Demokrat.az

Mənbə: demokrat.az