"Facebook" dünyadakı bütün telefonları çökdürdü - ŞOK XƏTA

"Facebook" dünyadakı bütün telefonları çökdürdü - ŞOK XƏTA

Dünya miqyasında bu gün günortadan sonra “iOS” sistemi ilə dəstəklənən bir çox elektron cihazın işində problem yaranıb.

Publika.az xəbər verir ki, “Facebook”dan qaynaqlanan xəta səbəbilə mobil “Apple” məhsulu olan telefon və tabletlərdəki bəzi proqramlar çöküb.

Sözügedən xətanın “Facebook”un SDK Core Kit kitabxanasından qaynaqlandığı bildirilir.

Şirkətdən verilən açıqlamada məsələ üzərində iş aparıldığı qeyd olunub.

Zümrüd

Mənbə: publika.az