Maska yoluxma riskini 60 faizə qədər azaldır- MÜTƏXƏSSİS

Maska yoluxma riskini 60 faizə qədər azaldır- MÜTƏXƏSSİS

Maska taxmaq koronavirus riskini 65 faiz azaldır. ABŞ alimləri maska taxmağın, ağız və burun örtməyin koronavirusdan qoruduğunu rəsmi olaraq açıqlayıb.

Cebhe. info xəbər verir ki, alimlər maska ilə yanaşı, sosial məsafəni qorumağın da yoluxma riskini 90 faizə qədər azaltdığı da təsdiqləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssisi, pediatr Din Blumberq bildirib ki, maskanın etibarsız olduğunu deyən insanlara inanmaq olmaz: "Maskaların qoruyucu olduğu sübut edilib. Buna inanmayan cahillərə fikir verməyin. Maskadan istifadə etmək, sosial məsafəni qorumaq pandemiyanın yayılma sürətini 90% azaldıb”.
Semra Ələkbərli
Cebhe. info

Mənbə: cebhe.info