ÜST Çinə COVID-19-un mənbəyini araşdırmaq üçün mütəxəssis qrupu göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iki nəfərdən ibarət mütəxəssis qrupunu qlobal pandemiyaya səbəb olan COVID-19-un mənbəyi ilə bağlı araşdırma aparmaq üçün Çinə göndərildiyini bildirib.

ÜST-nın Cenevrədəki qərargahında keçirilən virtual brifinqdə sözçü Marqaret Harris bu iki şəxsin heyvan sağlamlığı və epidemiologiya sahəsindəki mütəxəssislər olduğunu, araşdırmanın əhatə dairəsini və istiqamətini müəyyənləşdirmək üçün Çin alimləri ilə birlikdə çalışacaqlarını söyləyib. O həmçinin əlavə edib ki, araşdırma qrupunun tərkibi və hansı bacarıqlara ehtiyac olması da daxil olmaqla bir çox məsələlər üzrə danışıqlar aparılacaq.

Virusun keçən ilin sonlarında Çinin mərkəzi Uhan şəhərində vəhşi heyvan bazarında meydana gəldiyi və daha sonra heyvanlardan insanlara yoluxduğu güman edilir.

Harris alimlərin virusun hansı növ heyvanda əmələ gəldiyini və bunun insanlara necə keçdiyini müəyyən etmək istədiklərini bildirib. O, həmçinin əlavə edib ki, virusun yarasada meydana gəldiyini güman edilsə də, onlar virusub hır hansı başqa hansı vasitəçi bir heyvana keçib-keçmədiyini öyrənmək istəyirlər.

Pekindəki brifinqdə Xarici İşlər Nazirliyinin sözçüsü ÜST komandasının Çinə getdiyini təsdiqləyib və Çinin onları "pandemiya ilə daha təsirili mübarizə aparmaq, eləcə də qlobal ictimai səhiyyə əməkdaşlığına töhfə vermək" üçün dəvət etdiklərini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının missiyası ABŞ-ın rəsmi olaraq təşkilatdan dəstəyini kəsdiyi bir vaxtda təsadüf edir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb

SONRAKI XƏBƏR

Yollara səpilən xlor məhlulunun təsiri insanı komaya da sala bilər