İspaniya yeni “Eurofighter” qırıcıları əldə edəcək

İspaniya yeni “Eurofighter” qırıcıları əldə edəcək

İspaniya mövcud HHQ potensialını artırmaq və EF-18 “Hornet” qırıcılarını dəyişdirmək üçün “Eurofighter” döyüş təyyarələri almaq niyyətindədir. Ordu.az “Janes” nəşrinə istinadən xəbər verir ki, hökümət hazırda “Airbus” şirkəti ilə danışıqlar aparır.

Əldə edilən razılaşmaya əsasən şirkət İspaniya Hərbi Hava Qüvvələrinə 20 ədəd “Eurofighter” qırıcıları təhvil veriləcək.

Müqavilənin 2021-ci ildə imzalanması gözlənilir. Təyyarələrin 2025-2030-cü illər arasında tədarük edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az