ABŞ döyüş təyyarələrinə “Litening” hədəfləmə sistemləri quraşdırılacaq

ABŞ döyüş təyyarələrinə “Litening” hədəfləmə sistemləri quraşdırılacaq

Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin bir sıra təyyarələrini “Litening” adlı elektro-optik hədəfləmə sistemi ilə təchiz etməsi üçün “Northrop Grumman” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Bildirilir ki, şirkət indiyə kimi ABŞ və müttəfiqlərinə 900 ədəd “Litening” elektro-optik hədəfləmə sistemi təhvil verib.

Qeyd edək ki, təyyarəyə quraşdırılan hədəfləmə sistemi rəngli rəqəmsal video görüntüləri operatorun önündəki ekrana göndərir.

 

Mənbə: ordu.az