NASA və Yaponiya Ayı birgə tədqiq edəcək

NASA və Yaponiya Ayı birgə tədqiq edəcək

Yaponiya ABŞ Kosmik Agentliyi (NASA) ilə birgə Ayın tədqiqatında iştirak edəcək.

Sonxeber.az Modern.az-a istinadən bildirir ki, Əməkdaşlıq haqqında müvafiq protokolu NASA-nın rəhbəri Cim Braydenstayn və Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya naziri Koiti Hagiuda arasında imzalanıb.

Sazişə görə, Yaponiya yeni "Artemis" proqramına qoşulacaq.

Qeyd edək ki, "Artemis" proqramı üç mərhələdən ibarətdir. "Orion" kosmik gəmisinin Ay ətrafına pilotsuz sınaq uçuşunu və onun Yerə dönməsini nəzərdə tutan birinci missiya 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İkinci mərhələ yerin təbii peykinə pilotlu uçuş 2022-ci ilə planlaşdırılır.

Mənbə: sonxeber.az