Yunanıstan “Apache” helikopterlətini modernləşdirməyi planlaşdırır

Yunanıstan “Apache” helikopterlətini modernləşdirməyi planlaşdırır

Yunanıstan AH-64 “Apache” helikopterlərini Birləşmiş Ərəb Əmirliklərindən əlavə ehtiyat hissələri tədarük etməklə modernləşdirməyi planlaşdırır.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proses çərçivəsində 19 helikopterin modernləşdirilməsi nəzərdə tutulub.

Bildirilir ki, modernləşdirmə proqramı üçün 35 milyon ABŞ dolları vəsait ayrılıb.

Modernləşdirmə çərçivəsində helikopterlərin TADS/PNVS cihazlarının “Elbit” istehsalı yeni sistemlərlə əvəz edilməsi planlaşdırılır. Bundan əlavə, helikopterlərdə olan mövcud görüntülmə sisteminin əvəz olunması nəzədə tutulub.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az