Ermənistanda çağırışçının mövcud “keratokonus” göz xəstəliyinin olduğunu aşkar etməyiblər və orduya çağırıblar

Ermənistanda çağırışçının mövcud “keratokonus” göz xəstəliyinin olduğunu aşkar etməyiblər və orduya çağırıblar

“Hərbi tibbi müayinədən keçməzdən əvvəl oğlumun görmə probleminin olduğunu qeyd edib, lakin buna əhəmiyyət verən olmayıb və oğlumu Ağdərəyə (işğal altında olan – red.) xidmətə göndəriblər”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu yanvarın 8-də Ermənistanda orduya çağırılmış Gevorq Hambardzumyanın anası Tehmine Qumrikyan bildirib.

“Hərbi tibbi müayinədən keçərkən oğlumda “keratokonus” göz xəstəliyinin olduğunu aşkar etməyiblər və orduya çağırıblar”, - deyə Tehmine Qumrikyan bildirib.

Qumrikyan qeyd edib ki, yanvarın 20-də, xidmət zamanı Gevorq Hambardzumyanı atəş açmağa aparıblar, o atəş aça bilməyib, onun görmə qabiliyyəti daha da pisləşib.

 

Mənbə: ordu.az