Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq

Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq

"Anadolu" çoxməqsədli amfibiya hücum gəmisi Türkiyəni dənizlərdə qlobal gücə çevirəcək.

Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank belə deyib.

Nazir bildirib ki, amfibiya hücum gəmisinin hazırlanma prosesinin son işləri Tuzlanın Sədəf tərsanəsində sürətlə davam edir.

Qeyd edək ki, "Anadolu" gəmisi yerli tank və zirehli maşınlar daxil olmaqla 100-ə yaxın amfibiya xidmət qrupu və 30-dan çox hava vasitəsini daşıya biləcək. Bu, Türkiyənin ən böyük hərbi yük gəmisi olacaq.

Mənbə: news.milli.az