Google Assistent köhnə sualları əzbərləyərək təkliflər verəcək

Google Assistent köhnə sualları əzbərləyərək təkliflər verəcək

Google Assistent, istifadəçilərin köhnə suallarını əzbərləyərək bənzər danışıq təkliflərini verən bir funksiyanı yoxlayır. Bu funksiyanın nə vaxt işıq üzü görəcəyi isə hələ bilinmir.

Smartfonların yayılması ilə birlikdə həyatımıza daxil olan səsli assistentlər, gündəlik həyatımızın əhəmiyyətli hissələrindən biri halına gəldi. Bu gün bir çox texnologiya istehsalçısı, bazara çıxardıqları səsli və ağıllı assistentlərlə istifadəçilərin işlərini asanlaşdırmağa çalışır. ABŞ-ın texnologiya nəhəngi Google da "Google Assistent" adlı bir virtual assistentə sahibdir. Ortaya çıxan son məlumatlar göstərir ki, Google Assistent yaxın zamanda siz soruşmadan sizə köməkçi olacaq.

Son paylaşılan məlumatda, Google Assistent daha əvvəl bənzər saatlarda verilmiş olan bir sualın, yenidən verilmək istənib istənmədiyini soruşurdu. Yəni Google Assistent, istifadəçinin daha əvvəl təkrar etdiyi sualları öyrənərək bunun yenidən edilmək istənib istənmədiyini soruşurdu.

Mütəxəssislərin fikrincə, Google Assistent üçün yeni bir funksiya gəlmək üzrədir. Çünki yaxın zamanda Google Assistent, suallarınızı öyrənərək, siz ona yeni suallar vermədən sizə təkliflər də verə biləcək. Təxmin edə biləcəyiniz kimi bu təklifləri əngəlləmək şansınız da olacaq.

Mənbə: news.milli.az