Dünya dəniz sənayesində “Blockchain” olacaq

"Ant Group", "Alibaba Group" və "Cosco Shipping" arasında müqavilə imzalanıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, şirkətlər arasında imzalanan müqavilə dünya dəniz sənayesində "Blockchain" texnologiyasının tətbiq edilməsinə aiddir.

"Blockchain" texnologiyası - məlumatların ümumi bir serverə qoşulmadığı halda məlumat bazasının rəqəmsal formatda paylanması deməkdir.

Məlumata görə, bu texnologiyanın tətbiq edilməsi dəniz logistikası sahəsindən tutmuş maliyyə qruplarına qədər mövcud olan problemləri həll edə bilər. "Blockchain" texnologiyası qlobal xarici ticarəti də asanlaşdıra bilər.

Hazırda "Cosco" şirkəti sözügedən texnologiyanı Çinin Tsindao limanına sınaqdan keçirir. Limandan verilən məlumata görə, iyunun sonunda 500-dən çox konteyner daşınıb. "Blockchain" texnologiyası sayəsində liman hər bir konteynerin qeydiyyata alınmasında 24 saat qənaət edib.

"Blockchain" texnologiyasının patentinin böyük qismi "Ant Group" və "Alibaba Group" şirkətlərinə məxsusdur.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray" məğlub oldu, tarixində bir ilk yaşandı

SONRAKI XƏBƏR

Milan klubunun Milanı İngiltərəyə gedə bilər