Ford yeni avtomobilini təqdim edib

Ford yeni avtomobilini təqdim edib

Ford yeni Mustang Mach 1 modelini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni avtomobil 482 at gücü və 5 litrlik səkkizsilindrli mühərrikə sahibdir.

Yeni modeldə kapotdakı iri hava qəbulediciləri nazik kəsiklərlə əvəzlənib. Avtomobilin 19 düymlük təkər diskləri klassik Magnum 500 üslubunda dizayna malikdir.

Mustang Mach 1 modeli gümüşü, narıncı və mavi də daxil olmaqla yeddi rəngdə istehsal olunub.

Qeyd edək ki, yeni model 2021-ci ilin yayında satışa çıxarılacaq.

Milli.Az

Mənbə: news.milli.az