“Godzilla” ofrouderə çevrilib - FOTO/VİDEO

“Godzilla” ofrouderə çevrilib - FOTO/VİDEO

Ofrouder kimi görünən superkarlar yeni fenomen deyillər: sadəcə Porsche 911 Safari və digər yolsuzluq superkarlarını xatırlamaq olar. Bununla birlikdə, tam ötürmə sisteminə malik olmasına baxmayaraq, Nissan GT-R modelindən belə transformasiyalar üçün nadir hallarda istifadə edilir.
YPX.AZ xəbər verir ki, Godzilla 2.0 modeli Classic Youngtimers Consultancy şirkətinin səyləri sayəsində işıq üzü görüb. Hətta, bu avtomobili satın da almaq mümkündür: superkarın inşa edənlər onundan 95 min avro qarşılığında ayrılmağa hazırdılar. Müqayisə üçün, Almaniyada Porsche 911 Carrera sportkarının baza versiyasının qiyməti 100 min avrodan çoxdur.


Göstərilən məbləğ qarşılığında müştəri 120 millimetr artırılmış klirensi, yolsuzluq şinləri, geniş təkər tağları, yolsuzluq kuzov dəstini, LED "çilçırağı" və ön bamperdəki kəhrəba rəngli LED işıqları, habelə damda quraşdırılan ehtiyat təkəri üçün xüsusi bərkitmə nöqtələrinə malik olan superkarı əldə edir.
Lakin, avtomobildə edilmiş əsas dəyişiklik təkmilləşdirilmiş 3,8-litrlik V6 turbomühərrikdir. Tüner 485 at qüvvəli mühərrikin gücünün 600 at qüvvəsindən çox olduğunu bildirib. Onlar Godzilla 2.0 ofrouderinin hətta müasir Nissan GT-R Nismo modelindən də güclü olduğunu iddia edirlər. Buna görə də, superkar 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir.

 

 

 

 

Yeri gəlmişkən, Godzilla 2.0 modeli Classic Youngtimers Consultancy şirkətinin ilk layihəsi deyil: Lamborghini Gallardo və Bentley Continental GT modelləri də oxşar transformasiyaya məruz qalıblar.

//autograph

Mənbə: ypx.az