Buggati-nin geniş mənzili sərinləndirə biləcək kondisioneri

Buggati-nin geniş mənzili sərinləndirə biləcək kondisioneri

Dünyanın məşhur avtomobil firması Bugatti-nin mühərrik gücü və istifadəsi baxımından nə dərəcədə yaxşı olduğunu bilirik. Avtomobilin demək olar ki, hər hissəsi ayrı bir mühəndislik möcüzəsi kimi görünür.

 

TED.az xəbər verir ki, hər bir avtomobilin hissələri istifadə sahəsinə görə xüsusi hazırlanır. Kondisioner kimi təsirini daha çox hiss etdiyimiz texnologiyalar gözdən uzaq olsa da əhəmiyyətli dərəcədə inkişaf edir.

 

Bugatti avtomobilləri çox yüksək sürət yığa bilir. Bu maşınlara görə hazırlanan kondisioner bir az fərqlidir. Saatda 250 km-dən çox sürətə çıxdığınız zaman avtomobil yalnız xaricdən gələn havanı kabinəyə daxil edə bilir.

 

Onu deyək ki, Bugattinin şüşələri çox düzdür. Standart 30 dərəcə şüşə bucaqlardan fərqli olaraq pəncərələrin bucağı 21,5 dərəcədir. Bu isə daha çox günəş işığının daxil olması deməkdir. Seçiminiz şüşə tavanları olan bir modeldirsə, istilik daha da artır.

 

Belə bir nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərkən uyğun bir kondisioneriniz yoxdursa özünüzü sobada bişmiş toyuq kimi hiss edəcəksiniz. Bu səbəbdən avtomobildə 10 kVt-a qədər soyutma gücü olan kondisioner kompressorları var. Bu kondisionerlər 80 kvadrat metrlik bir mənzili sərinlətmək gücünə malikdir.

Mənbə: ted.az