Ana südündə koronavirusu zərərsizləşdirən antikorlar tapılıb

Ana südündə koronavirusu zərərsizləşdirən antikorlar tapılıb

Koronavirus xəstəliyindən sağalan anaların südündə bu xəstəliyə qarşı antikorlar aşkar edilib.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "İzvestiya" Pekin Biotexnologiya İnstitutunun alimlərinin apardığı araşdırmaya və Kaliforniya Mersed Universitetinin mütəxəssislərqrupunun Sinay dağındakı İkan Tibb Məktəbi ilə birgə həyata keçirdikləri tədqiqata istinadən yazır.
Mütəxəssislərin fikrincə, ana südündə xüsusi antikorlar var. Onlar həzm sistemində mədə şirəsi ilə emal edildikdən sonra sağ qala bilir. Alimlər məhz bu antikorların körpələri koronavirusdan qoruduğunu hesab edirlər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, nəzəri olaraq, ana südü koronavirusun müalicəsində istifadə oluna bilər, lakin bunun qarşısını alan amillər var. Onların fikrincə, belə bir vasitələr baha olacaq. Eyni zamanda, süddə, əksinə, virus ola bilər.
Daha öncə London Kral Kollecinin alimləri bildiriblər ki, koronavirusdan sağalan insanlarda bu xəstəliyə qarşı immunitet cəmi üç ay ərzində kəskin şəkildə azalır. Mütəxəssislərin fikrincə, virusu zərərsizləşdirən antikorların ən yüksək miqdarı xəstələrdə ilk simptomların əmələ gəlməsindən üç həftə sonra qeydə alınır. Alimlər bildirirlər ki, 60 faiz xəstələrdə bu müddətdə koronavirusa qarşı çox yüksək immunitet yaranır, lakin üç ay sonra xəstələrin yalnız 17 faizində bu immunitet qalır.
Natəvan Baxşiyeva

 

Mənbə: big.az