Qandonduran hadisə: internetdə uşaq satırlar - FOTOFAKT

Qandonduran hadisə: internetdə uşaq satırlar - FOTOFAKT

ABŞ ötən günlərdə ortaya çıxan Wayfair qalamaqalı ilə çalxalanır. İddialara görə, ABŞ-ın Boston əyalətinin online mobil mağazası Wayfair insan alveri ilə məşğuldur.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, iddia sahibləri ekran görüntülərini və axtarış nəticələrini ifadələrinin sübutu kimi təqdim ediblər. Müştərilərinə uşaq satdığı iddia edilən saytda sadə ofis əşyalarının satışının astronomik qiymətə satıldığını və bu əşyaların satış adlarının oğurlanan uşaqların soyadlarıyla eyni olduğu üzə çıxıb.

Eyni əşyanın üstündə isim yoxsa, ucuz satıldığı, əgər ad varsa on minlərlə dollara satıldığı ortaya çıxıb. Bu xəbərdən məlumat tutduqdan sonra hər kəsin internetdə araşdırma aparmasıyla ortalığa ancaq itkin uşaqlar və satışa çıxarılan əşyalar çıxıb.

Mağaza iddiaları rədd edib. İnsanlar olaydan sonra saytda detallı axtarışlar həyata keçirincə daha qorxunc mənzərə ilə qarşılaşıblar. Axtarış zamanı qiyməti aşağı salınan əşyaların ad bölümünə qaçırılan uşaqların ad və soyadları yazıldıqda, sistemin avtomatik olaraq on min dəyərində olan məhsulları axtardığı məlum olub. Bu, sistem proqramının uşaqların satılması barədə yazıldığı iddiasını gücləndirib.

Məhəmməd Vaqif
Milli.Az

Mənbə: news.milli.az