İranın Ukrayna təyyarəsini səhvən necə vurduğu açıqlandı – Operator yerini dəyişəndə...

İranın Ukrayna təyyarəsini səhvən necə vurduğu açıqlandı – Operator yerini dəyişəndə...

İran hökumətinin səhvən vurduğu Ukrayna təyyarəsi barədə yeni açıqlama verilib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatı tərəfindən verilən son hesabatda, 176 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının radar sistemində ortaya çıxan uyğunsuzluq səbəbilə baş verdiyi bildirilib: “Radar sistemi oranı idarə edən insanlar tərəfindən tənzimlənir. Operatorlardan biri yerini dəyişdikdən sonra radar sistemindəki istiqaməti yeniləməyi unutdu. Bu da radar məlumatlarının səhv oxunmasına səbəb oldu. Nəticədə, təyyarə radarlar tərəfindən İrana yaxınlaşan hər hansı hədəf kimi oxundu və qəza baş verdi”.

Qeyd edək ki, 8 yanvar 2020-ci ildə İrandan qalxan Ukrayna təyyarəsi səhvən raketlə vurulmuşdu. Hadisə nəticəsində 176 nəfərin olduğu təyyarədən sağ qurtulan olmamışdı.

Mənbə: www.yeniavaz.com