Xmeymim aviabazasına PUA hücumunun qarşısı alınıb

Xmeymim aviabazasına PUA hücumunun qarşısı alınıb

Suriyada naməlum silahlı qruplaşma PUA-larla Xmeymim aviabazasına hücum etməyə cəhd göstərib. Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Suriya barışıq mərkəzinin rəhbəri Aleksander Şçerbitski məlumat verib.
O qeyd edib ki, hava hücumundan müdafiə sistemləri silahlıların aviabazadan 5 kilometr məsafədə uçan iki PUA-sını vuraraq hücumun qarşısını alıb.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az