Filippin bu ay altı A-29 “Super Tucano” yüngül hücum təyyarəsi əldə edəcək

Filippin bu ay altı A-29 “Super Tucano” yüngül hücum təyyarəsi əldə edəcək

Filippin Hərbi Hava Qüvvələri bu ay Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal edilən 6 ədəd yeni A-29 “Super Tucano” yüngül hücum təyyarəsi əldə edəcək. Ordu.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Qeyd olunur ki, təyyarələrin alınması üçün müqavilə 2017-ci ilin noyabr ayında imzalanıb.

Dünyanın 15 ölkəsi tərəfindən istifadə olunan təyyarələr müxtəlif raket və silah sistemləri ilə təchiz edilib.

Maksimum sürəti saatda 593 kilometr olan A-29 təyyarələri 969 kVt gücündə olan PT6A-68A mühərriki ilə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az