Hindistan ABŞ-dan 72 000 hücum tüfəngi almaq niyyətindədir

Hindistan ABŞ-dan 72 000 hücum tüfəngi almaq niyyətindədir

Hindistan ordusu ABŞ-dan əlavə 72.000 “Sig Sauer” hücum tüfəngi almaq niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə “Times of India” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.

“Sig Sauer” silahları təxminən 22 il əvvəldir istifadə olunan 5.56mm “INSAS” silahlarını əvəz edəcək.

Hindistan ordusunun qalan tələbləri AK-203 hücum tüfənginin yerli istehsalı üçün Hindistanda hazırlanması layihəsi ilə qarşılanacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az