Uzun illərdir Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan “Burak” sinfinə məxsus korvetlər modernləşdirilir. Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, döyüş gəmiləri yeni silah sistemləri və sensorlarla təchiz ediləcək.
Korvetlər müasir döyüş bölgəsinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilir.
Yeni yayımlanan fotolarda gəminin 76 mm-lik “OTO Melera” silahı, ASELSAN tərəfindən istehsak edilən “MAR-D” adlə 3D radarları ilə təchiz edildiyi görünür.
Sevinc Əliyeva
Ordu.az
Mənbə: ordu.az