Yaponiya NASA-nın Ay proqramına qoşulub - Tokio bəyannamə imzalayıb

Yaponiya NASA-nın Ay proqramına qoşulub - Tokio bəyannamə imzalayıb

Yaponiya hakimiyyəti Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Aeronavtika Və Kosmik məkanın tədqiqatı üzrə İdarəsinin (NASA) Ay proqramına qoşulmaq qərarına gəlib.

ABŞ kosmik idarəsinin xəbərində deyilir ki, rəsmi Tokio Ayın fəth olunması üzrə proqramla əməkdaşlıq barədə bəyannamə imzalayıb.

Sözügedən sənəd nəzərdə tutur ki, Yaponiya ayətrafı «Gateway» stansiyasının yaradılmasına, 2024-c ildə Yerin peykinə enmək prosesinə və kosmik stansiyada ABŞ-la gələcək əməkdaşlığa cəlb olunsun.

NASA-da həm də əlavə ediblər ki, ABŞ-n «Artemida» Ay proqramı 2024-cü ildə Ay səthinə ilk qadın-kosmanavtın enməsini nəzərdə tutur.

Gözlənilir ki, bu missiya insanın Marsa göndərilməsinə kömək edəcək.

Qeyd edək ki, bir neçə onillik boyunca dünya kosmanavtikasında əsaslı irəliləyiş baş verməyib. Ancaq indi situasiya dəyişib - Ayın fəthi atıq fantastikadan real perspektivə çevrilib.

ABŞ-n bu məsələdə təsəskənliyi də başadüşüləndir - onun Rusiya və Çin kimiciddi rəqibləri var.

AzPolitika.info

Mənbə: azpolitika.info