Apple Samsung-a 950 milyon dollar cərimə ödədi

Apple Samsung-a 950 milyon dollar cərimə ödədi

Texnologiya nəhəngi Apple müqaviləyə əsasən, lazımi qədər almadığı üçün Samsung-a 950 milyon dollar cərimə ödəyib.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət sözügedən cəriməni Samsung Display ilə imzaladığı satınalma qarantiyasına uymadığına görə ödəməli olub.


Məlumat üçün qeyd edək ki, şirkətlər bu tip müqavilərlə endirim əldə edərək külli-miqdarda vəsaitə qənaət edə bilirlər. Şərtlərə əməl etmədəyən tərəf isə, əlbəttə, bunun cəzasını çəkməli olur.


Apple-ın da başına məhz bu gəlib. Yetərincə OLED panel satın almadığından bu ilin ikinci rübündə cərimələnib.


Vurğulamaq yerinə düşər ki, iPhone 12-də 2348×1084 piksel 476 PPI Samsung istehsalı olan 5,4 düymlük, 12 Max-da 2540×1174 piksel 460 PPI LG Display/BOE istehsallı 6,1 düymlük OLED ekran yer alır. Bu ekranlar 60 Hz yenilmə sürtinə sahibdir və 8 bit rəng dərinliliyi verə bilir. 12 Pro modelində 6,1 düymlük 2540×1174 piksel 460 PPI 10 bitlik, 12 Pro Max isə 2785×1293 piksel 459 PPI 6,7 düymlük Samsung istehsallı 10 bitlik OLED ekranla təchiz olunub.


Onu da xatırladaq ki, Apple və Samsung arasında bu tərz cərimə ödənişi daha əvvəl də olub.

Mənbə: ted.az