Təhlükəli infeksiyalar zamanı testləri uzaqdan toplayan robot

Təhlükəli infeksiyalar zamanı testləri uzaqdan toplayan robot

Operatorun nəzarəti altında yeni robot xəstənin burnundan və ağzından yaxma götürə bilir. Yeni robot həkimə xəstə ilə birbaşa əlaqə qurmamağa imkan verir. Mühəndislər həkimə bir xəstədən onunla təmasa girmədən analiz aparmağa imkan verən robot hazırlayıb. Bu texnologiya həkimləri təhlükəli xəstəliklərə yoluxmaqdan qoruyacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, KOVID-19 pandemiyası, infeksiya daşıyıcıları ilə təmasda olan həkimlərin üzləşdikləri riskləri açıq şəkildə nümayiş etdirdi. Tibb işçilərini qorumaq üçün Koreyanın Maşın Mühəndisliyi və Materiallar İnstitutunun mütəxəssisləri, həkimin müayinə edərkən sözün həqiqi mənasında xəstədən uzaq olmasına imkan verən sistem hazırlayıb. Tərtibatçıların hazırladığına görə, analizlərin götürülməsi fərqli üsulla olacaq. Xəstə başqa insanların olmadığı bir otağa girir, orada onu bir robot qarşllayacaq. İnsan üzünü, çənə və alnın mövqeyini tənzimləyən xüsusi bir çərçivəyə yerləşdirəcək. Bu zaman robot funksiyalı əl, birdəfəlik istifadə olunan köpüklə xəstənin burnundan və ağzından yaxma götürəcək. Bu vəziyyətdə robotun hərəkətləri ayrı bir otaqda olan bir həkim tərəfindən idarə olunur və videokameranın köməyi ilə baş verənləri izlənilir. Robot, həkim və xəstə arasında ikitərəfli səs əlaqəsini dəstəkləyir. Bu halada, lazım olduqda həkimlə xəstə arasında replika mübasiləsi aparıla bilər.

Mənbə: news.milli.az