Sualtı mağaralarda qədim sivilizasiya aid texnologiya tapılıb

Sualtı mağaralarda qədim sivilizasiya aid texnologiya tapılıb

Alimlər ilk dəfə Yukatan yarımadasının şərq hissəsinin su basmış mağaralarında Amerikanın qədim sakinləri tərəfindən qiymətli təbii boya olan qırmızı oxra mədəninin izlərini kəşf ediblər. Bu kəşf "Science Advances" jurnalında dərc olunan məqalədə qeyd edilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dalğıclar, arxeoloji axtarışlar zamanı okeana yüzlərlə baş vuraraq, suda 600 saata yaxın axtarış apardıqdan sonra ibtidai oxranın əldə edilməsində istifadə edilən mədən texnologiyaları aşkar edib. Tədqiqatın nəticələri göstərdi ki, yerli sakinlər Maya sivilizasiyasından səkkiz min əvvəl, 12 - 10 min il arası mağaralarda kəşfiyyat işləri apararaq boya əldə edirdilər. İndi bu mağaralar dəniz səviyyəsinin qalxması səbəbindən su altında qalıb. Tədqiqatçılar boyanın nə üçün istifadə olunduğunu dəqiq bilməsələr də, bunun bir antiseptik, günəşdən qoruyucu və ya zərərvericilərə qarşı mübarizə aparmaq vasitəsi olduğu güman edir. Bundan əlavə oxra, ainlərin keçirilməsi üçün və ya bədii şəkillər yaratmaq üçün istifadə edilə bilər.

Milli.Az

Mənbə: news.milli.az