Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəcəklər?

Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəcəklər?

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sistemlərindən biridir. Lakin hətta Tesla-nın da avtopilot sistemi sürücünün iştirakı olmadan elektromibilin idarəolunmasına imkan vermir. Yaxın zamanda isə bu vəziyyət dəyişə bilər. Bunu Tesla şirkətinin CEO-su Elon Musk, süni zəka mövzusunda keçirilmiş ümumdünya konfransda bildirib. Bugünki gündə avtopilot sisteminə sahib avtomobillər ikinci və ya üçüncü səviyyəli avtopilot sistemləri ilə təchiz olunurlar.

Lakin artıq dördüncü səviyyəli avtopilot sistemlərinin istifadə nümunələri də mövcuddur. Bu cür səviyyədə olan avtopilot sisteminə sahib avtomobil müəyyən şərtlər daxilində sürücünün iştirakı olmadan da hərəkət edə bilir. Beşinci səviyyəli avtopilot sisteminə sahib olacaq avtomobillər isə istənilən şərtlər daxilində sürücüsüz hərəkət edə biləcəklər. Bu cür texnologiyanı hələ heç kim təqdim etməsə də Elon Musk-ın sözlərinə əsasən yaxın zamanda bu vəziyyət dəyişəcək.

Onun sözlərinə əsasən Tesla şirkəti artıq bu il beşinci səviyyəli avtopilot sistemi üçün nəzərdə tutulmuş baza texnologiyalarının hazırlanmasını yekunlaşdırmalıdır. Lakin tamamilə avtonom sistemli avtomobillərin nə zaman satışa çıxacaqları barəsində Musk heç bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, hələ 2016-cı ildə Musk söz vermişdi ki, artıq 3 ildən sonra o, beşinci səviyyəli avtopilot sisteminə sahib elektromobili təqdim edəcək. Görünür, bu cür texnologiyanın yaradılması üçün daha çox zaman lazımdır.

Mənbə: news.milli.az