Tokio yaxınlığında meteorit parçaları tapılıb

Tokio yaxınlığında meteorit parçaları tapılıb

 

Tokio, 14 iyul, AZƏRTAC

İyulun əvvəllərində Yaponiyanın bir çox ərazilərindən səmada gecə vaxtı müşahidə edilmiş parıltıya səbəb olan meteoritin iki parçası Tokio yaxınlığında aşkar edilib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, meteorit iyulun 2-də səhər saat 2:30 radələrində Yaponiyanın şərqində yerləşən Kanto regionunda müşahidə edilib.

Həmin vaxt Çiba prefekturasının Naraşino şəhərinin sakini səmada güclü partlayış səsi eşidib. Həmin şəxsin sonradan çoxmərtəbəli evin girişində yerləşən bağda iki daş parçası tapdığı da bildirilir. Bu şəxs həmin daşlar barədə yaxınlıqda yerləşən muzeyə xəbər verib.

Tokio Təbiət və Elm Muzeyinin əməkdaşları üzərində olan əlamətlərə görə bu daşların meteorit parçası olduğunu bildiriblər. Belə ki, həmin daşların üzərində ərintilər var. Bununla yanaşı, həmin daşlar radiasiya şüalarına malikdirlər ki, bu da onların kosmik mənşəli olduğunu təsdiq edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az