Koronavirusdan sağalanlar virusa necə ay dözümlü olur? - YENİ ARAŞDIRMA

Koronavirusdan sağalanlar virusa necə ay dözümlü olur? - YENİ ARAŞDIRMA

Koronavirusdan sağalmış şəxsin immuniteti sadəcə, bir neçə ay dayanıqlı ola bilər.

İngiltərəli alimlər koronavirusdan sağalmış şəxslərin immunitetinin nə qədər müddət sonra azalacağını test edərkən bu nəticəyə gəliblər.

Cebhe.info xəbər verir ki, təcrübə 94 gün ərzində 96 insanın üzərində aparılıb. Alimlər bildirir ki, 96 şəxsin immuniteti 3 ay ərzində virusa qarşı güclü olub. Lakin bu müddət bitdikdən sonra yenidən immun sistemin azalmağı və yoluxma halı müşahidə edilə bilər.

Araşdırmanın nəticələrini MedRxivdə açıqlayan alimlər bildirib ki, koronavirusdan sağalmış insanların 60 faizində ilk həftələr yenidən yoluxma halı müşahidə edilməyib. Lakin 3 ay bitdikdən sonra bu hal 17 faizə düşüb. Həmçinin onlar bildirib ki, hansı antitelin koronavirusdan qoruduğu dəqiq bilinmir. Müalicə olunaraq sağalmış şəxslərdə də yenidən yoluxma halları müşahidə edilə bilər.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info