“Apple” “Samsung” şirkətinə bir milyard dollarlıq cərimə ödəyəcək

“Apple” “Samsung” şirkətinə bir milyard dollarlıq cərimə ödəyəcək

Koronavirus pandemiyası və onun səbəb olduğu iqtisadi böhran nəticəsində smartfonlara olan tələbi yanlış qiymətləndirən “Apple”, ən böyük tədarükçülərdən birinə – “Samsung”a bir milyard dollarlıq cərimə ödəməli olacaq.

Banker.az-ın “Display Supply Chain Consultants”a istinadən verdiyi məlumata görə, cərimənin dəqiq məbləği 950 milyon dollardır və “Samsung”un displey istehsalını zərərdən xilas edib.

 

Bildirilir ki, “Apple” Cənubi Koreya şirkətindən 745 milyon dollar dəyərində displey alıb, lakin bugünkü rəqəm 205 milyon dollar çoxdur.

Qeyd edək ki, buna oxşar vəziyyət bir il əvvəl olub – 2019-cu ilin ikinci rübündə “Apple” öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

Mənbə: banker.az