Yağışlı havada niyə yuxumuz gəlir? - Alimlər CAVAB VERDİ

Yağışlı havada niyə yuxumuz gəlir? - Alimlər CAVAB VERDİ

Adətən yağışlı havada insan gününü yataqda keçirmək istəyir. Avstraliyalı alimlər bunun səbəbini izah ediblər.
BiG.AZ-ın verdiyi xəbərə görə, araşdırma barədə belnovosti.by portalı yazır.
Belə ki, yağış yağanda yuxululuq gətirən atmosfer təzyiqinin azalmasdır: ürək döyüntüsü yavaşlanır, orqanlar daha az oksigen alır, bu isə bədənin fəaliyyətinə cavabdeh olan beyin toxumalarına təsir göstərir.
Mütəxəssislərin fikrincə, gün ərzində melatonin hormonunun istehsalına maneə törədən günəş şüaları yağışlı havada azalır, nəticədə bioloji saatlarda pozğunluq yaranır.
Bundan əlavə, yağış damlalarının ritmik səsi və yağışdan sonra yaranan torpaq ətri insana aramlıq bəxş edir. Bu sakitləşdirici amillər beynin fəaliyyətini azaldır və insanı "yatızdırır".
Natəvan Baxşiyeva

 

Mənbə: big.az