Cənubi Koreyanın ilk hərbi peykinin buraxılışı yoxlama səbəbiylə təxirə salınıb

Cənubi Koreyanın ilk hərbi peykinin buraxılışı yoxlama səbəbiylə təxirə salınıb

Cənubi Koreyanın ilk hərbi rabitə peykinin planlaşdırılan buraxılışı texniki yoxlama səbəbilə təxirə salınıb. Ordu.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.
Bildirilir ki, “Anasis-II” peykinin yeni buraxılış tarixinə yoxlanışdan sonra qərar veriləcək.
Qeyd edək ki, peyk şirkətin buraxılış qurğusu vasitəsilə kosmosa buraxılacaq.
Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az