Saytlarımız erməni hakerlərin hücumuna məruz qaldı

Saytlarımız erməni hakerlərin hücumuna məruz qaldı

Erməni hakerlər Day.Az, Milli.Az, "Trend" BİA və Azernews-un saytlarına hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

O bildirib ki, genişmiqyaslı, intensiv hücum artıq bir neçə saatdır davam edir:

“Texniki xidmət problemi aradan qaldırmaq üçün bütün imkanlara əl atıb. Hazırda yalnız bəzi istifadəçilərdə sözügedən saytlara giriş mümkündür. Müvəqqəti çətinliklərə görə oxuculardan üzr istəyirik”.

Mənbə: publika.az