“WhatsApp”da nasazlıq yaranıb

“WhatsApp”ın fəaliyyətində ciddi nasazlıq müşahidə edilir.

Press.az xəbər verir ki, sosial şəbəkənin işində problemlər bir sıra ölkələrdə, o cümlədən ABŞ-da, Niderlandda da müşahidə olunur.

Qeyd edək ki, sosial şəbəkədə yaranmış problemlə bağlı müxtəlif şayiələr yayılıb. Bəziləri bunun yalnız Azərbaycanda müşahidə edildiyini, guya təxribat xarakter daşıdığını bildirir. Lakin əslində belə deyil. Qeyd etdiyimiz kimi, sosial şəbəkədəki bu problem dünyanın bəzi ölkələrində müşahidə edilir.

Dünyanın aparıcı internet resurslarının fəaliyyətini izləyən "Downdetector" saytı da “WhatsApp”ın fəaliyyətində problemlərin yarandığını bildirib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya atəşkəs rejiminin pozulmasına son qoymağa çağırdı

SONRAKI XƏBƏR

On minlərlə insan "Şəhidlər Xiyabanı"na axın edir