"Nokia" bir proqram ilə 4G-ni 5G-yə çevirməyin - YOLUNU TAPIB

"Nokia" bir proqram ilə 4G-ni 5G-yə çevirməyin - YOLUNU TAPIB

Finlandiyanın telekommunikasiya avadanlıq istehsalçısı "Nokia" proqram yeniləməsi ilə avadanlıq dəyişdirmədən 4G radiostansiyalarını 5G səviyyəsinə yüksəltməyə imkan verəcək.

 

FED.az xəbər verir ki, şirkət “Huawei” və “Ericsson”a qarşı 5G texnologiyasında rəqabət üstünlüyü təmin edərək yayımladığı proqramla xərclərini azaltmağa ümid edir.

"Bu həll telekommunikasiya sənayesini on milyardlarla avrodan xilas edəcək və sahə mühəndisliyi və nəzarət xərclərini azaldacaq" deyə açıqlama verən “Nokia” etdiyi şərhdə yeniləmənin 1 milyon radiostansiya üçün artıq istifadəyə hazır olduğunu söyləyib.

Şirkət ilin sonuna bu rəqəmi 3,1 milyon stansiyaya, 2021-ci ildə isə 5 milyon stansiyaya çatdırmağı hədəfləyir.

Şirkət mövcud radio cihazlarının proqram təminatı yoluyla yenilənməsini və quraşdırılmış 4G cihazlarını 5G sisteminə uyğunlaşdırmağın yeni texnologiyanın yayılmasına töhfə verəcəyini düşünür.

Qeyd edək ki, Nokia həmçinin keçən həftə avadanlıqlarına açıq bir interfeys əlavə edəcəyinə söz verən ilk böyük telekommunikasiya şirkəti oldu. Bu tendensiyanın, proqramın gələcək mobil şəbəkələrdə mərkəzi rol oynamasına imkan verməsi gözlənilir.

Mənbə: fed.az