“Boeing” cəmi 1 təyyarə satıb - İyunda

“Boeing” cəmi 1 təyyarə satıb - İyunda

ABŞ-ın aerokosmik konserni “Boeing” iyun ayının yekunlarına görə cəmi bir təyyarə üçün sifariş alıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, may ayında şirkət 9 təyyarə satıb.

Qeyd edilir ki, tədarük baxımından iyun əvvəlki aya nisbətən daha uğurlu olub. Həmin ayda 10 təyyarə tədarük edilib. Mayda bu göstərici 4 olub.

Mənbə: finans.az