Novosibirsk alimləri koronavirusu neytrallaşdıran anticismlər əldə etdi

Novosibirsk alimləri koronavirusu neytrallaşdıran anticismlər əldə etdi

 

Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun immunogenetik laboratoriyasında alimlər COVID-19-u zərərsizləşdirən anticismlər əldə edib.

Qaynarinfo TASS-a istinadla məlumat verir ki, koronavirus infeksiyasının aradan qaldırılması üzrə REA SB-də işçi qrupun katibi Olqa Doroxova bunun gələcəkdə spesifik terapiya və virusun qarşısının alınması vasitələrini yaratmağa imkan verəcəyini, həmçinin peyvəndlər təkmilləşdirildikdə də buna tələbat olacağını bildirib.

Onun dediyinə görə, anticismin yaradılmasında xəstə COVID-19 donorlarının qan nümunələrindən və tək B-limfositlərin çeşidlənməsinin unikal texnologiyasından istifadə edilib. Bu antikorlar virusun və ACE2 hüceyrə reseptorunun qarşılıqlı təsirini bloklaya və hədəf hüceyrələrə daxil olmasının qarşısını ala bilər.

 

Alpər

 

Mənbə: qaynarinfo.az