ABŞ hakimiyyəti xarici tələbələrin girişinə qoyulan məhdudiyyətlərdən imtina etdi

ABŞ hakimiyyəti xarici tələbələrin girişinə qoyulan məhdudiyyətlərdən imtina etdi

ABŞ hakimiyyəti universitetlərin və İT şirkətlərinin tənqidləri fonunda xarici tələbələrin girişinə qoyulan məhdudiyyətlərdən imtina edib, bu barədə “The New York Times” yazıb.

Qeyd edildiyi kimi, 2020-ci il 14 iyul tarixində Harvard və Massaçuseç Texnologiya İnstitutunun iddiasına baxılıb və onlayn olaraq təhsil alan tələbələrin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərdən imtina etmək qərarı verilib.

 

Banker.az xəbər verir ki, Ağ Ev və Miqrasiya Xidməti nəşriyyatın suallarına cavab verməyib. Xatırladaq ki, bir çox İT şirkəti belə məhdudiyyətlərin tətbiqinə qarşı olub. Onlar sırasında “Google”, “Microsoft” və “Twitter”i misal göstərmək olar.

Hər il amerikan universitetlərinə təxminən 1 milyon tələbə qəbul olur, onlar ölkə iqtisadiyyatına ildə 41 milyard dollar gəlir gətirir.

İyulun əvvəlində ABŞ hökuməti tələbələ qarşı yeni tələb qoydu: ya əyani və ya qarışıq tədrisə keçmək, ya da ölkəni tərk edib onlayn təhsil almaq. CNN-nin vurğuladığı kimi, hal-hazırda amerikan hökuməti məhdudiyyətlərin yalnız yeni tələbərə qarşı tətbiq edilməsi barədə düşünür.

Mənbə: banker.az