Hindistanın ən varlı adamı İlon Maskı geridə qoydu

Hindistan təkcə yoxsulların vətəni deyil. Bu ölkədə sərvəti 71 milyard dollara çatan insan da doğulub.

Bizimyol.info xəbər verir ki, Hindistanın ən varlı adamı olan Mukeş Ambani texnologiya sahəsində çox məşhur olan İlon Maskı geridə qoyub.

 

Mukeş Ambani

İş adamı dünyanın ən zəngin 10 insanı sırasında yer alan ilk asiyalı olub.

Ambani ilin əvvəlindən bəri sərvətini 13 milyard dollar artırıb. O, indi cəmi 7 nəfərdən – Ceff Bezos, Bill Qeyts, Bernar Arno, Mark Zukerberq, Stiv Balmer, Uorren Baffet və Larri Peycdən geri qalır.

Ambaninin varlanmasının əsas səbəbi holdinqi “Reliance Industries”in səhmlərinin dəyərinin xeyli artmasıdır. Milyarder vətənində energetika, neft kimyası, toxuculuq, təbii resurslar və telekommunikasiya ilə məşğul olur.

“Reliance Industries”in səhmləri martdan bəri təkcə iki dəfə artıb. Holdinq “Facebook” və “Silver Lake” şirkətlərindən 15 milyard dollar investisiya vəsaiti alıb. Ambani sayəsində il ərzində Asiya-Sakit okean bölgəsindəki sövdələşmələrin 12 faizi Hindistanın payına düşüb. 1998-ci ildən sonra belə yüksək göstərici olmamışdı.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

"Hazırda yaxşıyam, nə lazımdırsa, həkimlər edirlər" - Nəzakət Teymurova

SONRAKI XƏBƏR

İlham Əliyev Pakistan və Qazaxıstan prezidentinə təşəkkür etdi