Modellista Toyota RAV4 hibridi üçün tüninq dəsti hazırlayıb - FOTO

Yapon Modellista tüninq atelyesi Toyota RAV4 PHEV modeli üçün yeni tüninq dəstin hazırlayıb. Modellista Aero adlanan dəstin tərkibinə bamper və kandar örtükləri, xüsusi 20-düymlük təkər diskləri daxildir. Cool Shine dəsti radiator barmiaqlığının, qanadların və baqaj qapağının xromla işlənməsini nəzərdə tutur.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Modellista tərəfindən təkmilləşdirilmiş Toyota RAV4 PHEV krossoveri daha aqressiv görkəmə malik olsa da, işlər nöqtə xarakterlidir və avtomobilin strukturuna müdaxilə tələb etmirlər. 306 at qüvvəli hibrid güc qurğusunda dəyişikliklər edilməyib, buna görə də, təkmilləşdirmələr avtomobilin dinamikası və qənaətcilliyinə heç bir təsir göstərməyib.

Toyota RAV4 PHEV modelinin ön tərəfində gündüz hərəkət işıqları olan geniş splitter. barmaqlığım üzərindəki və fənərlərin arxasındakı gümüşü örtmələr diqqəti çəkir. Praktik qara yan ətəklər yerlərini kuzov rənginə boyanmış mürəkkəb formalı "dizayner" elementlərinə veriblər.

Eksteryerdəki dəyişiklikləri arxa bamperdəki itibucaqlı işləmələr və 20-düymlük beşqollu ikirəngli təkər diskləri tamamlayır.

Ənənəyə görə, Modellista atelyesinin təklif etdiyi tüninq dəstini həm bütöv, həm də hissə-hissə almaq olar. Rənglənmiş ön splitter 107,800 yenə, bir cüt yan ətək - 176 min yenə, arxa bamperin düzəldilməsi - 88 min yenə,"dairəvi" xrom əlavələr - 101 min yenə, dörd ədəd disklər şinlərlə birlikdə 434.5 min yenə başa gələcəkdirlər.

Beləliklə, krossoverin fərdiləşdirilməsi təxminən 900 min yenə başa gəlir. Müqayisə üçün, Yaponiyada yeni Toyota RAV4 PHEV modelinin qiyməti 4 milyon 690 min yendən başlayır.

Milli.AZ

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Tramp "TikTok"u qadağan edəcək

SONRAKI XƏBƏR

Sankt-Peterburqda bomba həyəcanı