İctimai Wi-Fi ilə bu saytlara daxil olmaq təhlükəlidir — Mütəxəssis

İctimai Wi-Fi-dan istifadə edərkən bəzi saytlara daxil olmaq təhlükəlidir.

Sonxeber.az TED.az-a istinadən xəbər verir ki, bu barədə İT mütəxəssisi vəzifəsində çalışan Andrey Arsentyev danışıb

Mütəxəssis bildirib ki, istifadəçi haqqında şəxsi məlumatları olan internet-portallara baş çəkmək və ya orada qeydiyyatdan keçmək kibercinayətkarlar tərəfindən məlumatın oğurlanmasına səbəb ola bilər.

GK İnfoWatch-in analitiki və xüsusi layihələrinin rəhbəri Arsentyev, istifadəçilərə ictimai şəbəkələr vasitəsilə poçt ünvanlarına daxil olmamağı tövsiyə edib.

Bundan əlavə, ekspert istifadəçilərə ictimai şəbəkəyə qoşularaq onlayn alış-verişdən çəkinməyi və sosial şəbəkə şifrələrini daxil etməməyi məsləhət görüb.
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

"Keşlə" "Zirə"yə qalib gəldi

SONRAKI XƏBƏR

Bütün Audi RS modelləri tamötürməli olacaqdırlar