Elon Maska dəvət: Piramidalardakı yazıları...

Elon Maska dəvət: Piramidalardakı yazıları...

Misirin Beynəlxalq Münasibətlər naziri Rania əl-Maşat “Speys X” və “Tesla” şirkətinin təsisçisi Elon Maskı piramidalarla bağlı səsləndirdiyi iddiadan sonra Misirə dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə misirli nazir sosial şəbəkə hesabında qeyd edib. O, Maskı piramidaları yaxından görməyə çağırıb:

"İşlərinizi çox bəyənərək izləyirəm. Sizi piramidaları inşa edənlərin məzarını ziyarət etməyə və onun necə inşa edilməsi ilə bağlı yazıları kəşf etməyə dəvət edirəm. Sizi gözləyirik".

Qeyd edək ki, iyulun 31-də Elon Mask sosial şəbəkə hesabında piramidaları yadplanetlilərin kəşf etdiyini iddia etmişdi.

Mənbə: axar.az