Növbəti 10 il ərzində investisiya edilə biləcək 4 kosmik şirkət

Növbəti 10 il ərzində investisiya edilə biləcək 4 kosmik şirkət

Kosmik araşdırmada yeganə böyük adın SpaceX olduğunu düşünrsüz? Yenidən düşünün çünki bu sahədə araşdırma aparan onlarla digər şirkətlər var.

Milli.Az techland.az-a istinadən 10 ildə sürətli inkişafı gözlənilən 5 kosmik şirkəti təqdim edirik.

1. Virgin Galactic (SPCE)

Virgin Galactic - Richard Branson'un Virgin Group imperiyasının bir hissəsi - ilk açıq ticarət edilən kosmik turizm şirkətidir. Şirkətin səylərinin əksəriyyəti kosmosa sərnişin uçuşlarını reallığa çevirməyə yönəldilmişdir.

Kosmosu fəth etmək ambisiyasından əlavə olaraq, Virgin Galactic, NASA ilə Kosmos Qanunu Sazişinə girərək, hipersonik səyahət texnologiyasını da inkişaf etdirir. Hipersonik uçuşlar indiki uçuş texnologiyası ilə yerinə yetirilən səkkiz saat əvəzinə London və Nyu York arasındakı gediş vaxtını iki saata qədər azaltmaqla qitələrarası səyahətlərdə inqilaba səbəb olacaq. Məsələn Londondan Avstraliyaya səfər, təxminən 22 saat əvəzinə cəmi 4 saat davam edəcək.

2. Boeing (BA)

Təyyarələr, telekommunikasiya avadanlıqları və raketlər istehsalı və satışı ilə yanaşı Boeing də xüsusi raketlər üzərində işləyir.

Boeing'in kosmik səyahət tarixi çox adamın təxmin etdiyi tarixdən daha tez başlayıb: 1969-cu ildə şirkət Apollo 11-i Aya aparan Saturn V raketinin yaradılmasında iştirak edib. NASA ilə işlədiyi müddətdə şirkət Beynəlxalq Kosmik Stansiyanı idarə etməklə yanaşı çox sayda peyklər də qurub.

Hal hazırda Boeing Beynəlxalq Kosmik Stansiyasına və oradan astronavtları daşıya bilən kosmik gəmi üzərində işləyir. Şirkətin ən böyük kosmik layihəsi kosmosu dərindən araşdırmaq üçün nəzərdə tutulan "Space Launch System" raketidir.

3. Northrop Grumman (MOOK)

Northrop Grumman, illik gəliri 30 milyard dollardan çox olan dünyanın aparıcı silah istehsalçılarından biridir. Bu yaxınlarda, şirkət əsasən gizli bombardmançıların istehsalı ilə tanınsa da, 60 ildən çoxdur kosmik texnikanın inkişafı sahəsində çalışır.

Hazırda Northrop Grumman NASA-nın James Webb Kosmik Teleskopunun qurulması üzərində işləyir. Şirkət, həmçinin Chandra Space Teleskopunun və Şəfəq asteroid tədqiqatçısının inkişafında, eyni zamanda Yerin kosmosdan müşahidə edilməsi texnologiyasının hazırlanması üçün hazırlanan proqramlarda iştirak edir.

4. Lockheed Martin (LMT)

Dünyanın ən böyük müdafiə podratçısı Lockheed Martin də kosmik sənayenin əsas şirketlerindən biridir. NASA'nın podratçısı olaraq şirkət 1960-cı illərdə Apollo 11 kosmik gəmisi üçün hissələr - həm də peyklər və kosmik zondlar hazırlayırdı. Lockheed Martin'in digər böyük kosmik layihələri arasında Orion kosmik gəmisi və Mars InSight qurğusu da var.

Milli.Az

Mənbə: news.milli.az