Həm ağıllı bilərzik, həm də naqilsiz qulaqlıq - Huawei TalkBand B6 təqdim edildi

Həm ağıllı bilərzik, həm də naqilsiz qulaqlıq - Huawei TalkBand B6 təqdim edildi

Çinin nəhəng texnologiya şirkətı Huawei TalkBand B6 modelini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, modelin əsas üstünlüyü yalnız ağıllı bilərzik deyil, həm də naqilsiz qulaqlıq rolunu oynamasındadır.

Model 326 PPI piksel sıxlığa, 1.53 düym 3D ekrana sahibdir.

Huawei Band B6-nın gələn SMS-lər, zənglər, zəngli saat, hava proqnozu, QR kodların müəyyənləşdirilməsi, musiqini idarə etmək, uzaqdan foto çəkmək və s. funksiyaları var.

Ağıllı bilərzik Kirin A1 prosessorundan güc alır və Bluetooth 5.2-i dəstəkləyir. Eyni anda iki cihaza bağlana bilən modellə 8 saat danışmaq mümkündür. 10 dəqiqə ərzində yığdığı enerji ilə 4 saat danışmağa imkan yaradır. Saat hissəsi çıxarıldıqda naqilsiz qulaqlıq kimi istifadə olunan saat, eyni zamanda nəbzi ölçür, yuxu, stress və oksigen səviyyəsini nəzarətdə saxlayır.

Milli.Az

Mənbə: news.milli.az