Rusiyadan Ermənistana partlayıcı maddələr daşıyan yük maşınları Gürcüstanda qalıb

Rusiyadan Ermənistana partlayıcı maddələr daşıyan yük maşınları Gürcüstanda qalıb

Erməni müəssisələri tərəfindən dağ-mədən sahəsində istifadə edilən partlayıcı maddə ilə yüklənmiş yeddi yük maşını iki həftədir Verin Lars keçid məntəqəsinin neytral zonasındadır. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Geo Pro Mining” şirkətinin Ermənistandakı rəsmi nümayəndəsi Ruzanna Qriqoryan bildirib

O qeyd edib ki, yük maşınları Rusiya tərəfinin sərhədini keçib, lakin Gürcüstan sərhəd xidməti onların Gürcüstan ərazisi ilə hərəkətinə icazə vermir.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az