Belçika ordusunun A400M nəqliyyat təyyarəsinin ilk uçuşu həyata keçirilib

Belçika ordusunun A400M nəqliyyat təyyarəsinin ilk uçuşu həyata keçirilib

Belçika Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan “Airbus” şirkəti tərəfindən istehsal edilmiş A400M “Atlas” hərbi nəqliyyat təyyarəsinin ilk uçuşu həyata keçirilib. Ordu.az xəbər verir ki, bu barədə Belçika HHQ-nin sosial media hesabında məlumat yayılıb.

Bildirilir ki, təyyarə son montaj xəttinin yerləşdiyi İspaniyanın Sevilya şəhərindəki “Airbus” müəssisəsindən havaya qalxıb.

Uçuş zamanı təyyarələrinin sınaq təlimatı tamamilə “Airbus”un pilotları tərəfindən istifadə edilib.

Bildirilir ki, təyyarələrin Belçikaya tədarükü çox qısa müddətdə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az