“Uber” işçilərinə 2021-ci ilin yayına qədər distant işləməyə icazə verdi

“Uber” işçilərinə 2021-ci ilin yayına qədər distant işləməyə icazə verdi

“Uber” öz işçilərinə 2021-ci ilin yayına qədər distant işləməyə icazə verib.

Banker.az xəbər verir ki, bu barədə şirkətə istinadən “Business Insider” yazıb.

Qeyd edildiyi kimi, şirkət hər bir işçiyə evdə ofis şəraitini yaratmaq üçün əlavə 500 dollar verəcəyini vəd edib. Bildirilir ki, ofislər vaxtından əvvəl açıldığı halda, işçilər istəsələr ora qayıda bilərlər.

Şirekətdən verilən məlumata görə, işçilərin qərarı onların səmərəliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınmayacaq.
2021-ci ilin yazında “Uber” distant formatın şərtlərini bir daha nəzərdən keçirəcək və zərurət yaranarsa onun müddətini uzadacaq.

Mövcud qazancından məmnun olmayan sürücülər üçün xüsusi sayt yaradılıb. Bundan əlavə, şirkət sürücülərə maddi yardımı haradan almaq mümkün olduğuna dair təlimatlar verir.

Xatırladaq ki, 2020-ci ilin əvvəlində “Uber”in 26,9 min işçisi olub, lakin ixtisarlardan sonra bu göstərici 20,2 min nəfərə düşüb.

Mənbə: banker.az