Çin “Feng Ying” PUA-larının yeni görüntülərini təqdim edib

Çin “Feng Ying” PUA-larının yeni görüntülərini təqdim edib

Çin “Feng Ying” (Külək kölgəsi) adlı orta/yüksək hündürlüklü uzun müddət uça bilən (MALE/HALE) pilotsuz uçuş aparatının yeni görüntülərini təqdim edib. Ordu.az xəbər verir ki, PUA-lar Çinin CCTV dövlət televiziya kanalında nümayiş etdirilib.

Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) tərəfindən istehsal edilən silahlı PUA-lar WP-11C turborekativ mühərriklə təchiz olunub.

Bildirilir ki, 10000 metr hündürlüyə malik PUA-lar bütün hava şəraitində, o cümlədən güclü fırtına zamanı da istifadə oluna bilir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az