“Porsche”nin bu avtomobilləri geri çağırılır

“Porsche”nin bu avtomobilləri geri çağırılır

Rusiyada “Porsche”yə məxsus Cayenne Turbo (9YA) и Cayenne Turbo S E-Hybrid (9YA) atomobilləri kütləvi surətdə geri çağırılır.

Cebhe.info xəbər verir ki, Texniki Baxış və Metrologiya üzrə Federal Agentlik artıq 445 avtomobillə bağlı qərar verib. Buna səbəb avtomobillərdə yaranan texniki nasazlıq götərilir.

Belə ki, yüksək temperaturda yanacağın iyi gəlir və mühərrikdə problemlər özünü göstərir. Geri çağırılan avtomobillər 21 fevral 2018- 3 dekabr 2019-cu illərdə istehsal olunub.

Ancaq daha sonrakı dövrlərdə istehsal olunan avtomobillərlə bağlı da belə qərar verilə bilər.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info