İsveçrə ordusu “Indago 3” kiçik PUA-ları əldə edəcək

İsveçrə ordusu “Indago 3” kiçik PUA-ları əldə edəcək

İsveçrənin Müdafiə Satınalmaları üzrə Federal İdarəsi “Indago 3” adlı kiçik pilotsuz uçuş aparatlarının tədarük edilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqaviləyə İsveçrə Ordusu üçün texniki dəstək və əlavə sistemlər də daxildir.

“Indago 3” şaquli enmə-qalxma (VTOL) bacarığına malik kiçik PUA-dır və əsasən kəşfiyyat, müşahidə, məlumat toplamaq, axtarış və xilasetmə, fəlakətlərin aradan qaldırılması və döyüş zərərlərinin qiymətləndirilməsini dəstəkləmək üçün nəzərdə tutulub.

PUA-nın uçuş müddəti 50 dəqiqədir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az